9 mart 2016 20:15
Vəli Qasımov: Qoldan sonra özümüzə gəldik
"Neftçi"nin baş məşqçisi funksiyasını müvəqqəti yerinə yetirən Vəli Qasımov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri cavab matçını (2:0, ilk oyun - 2:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox çətin oyun oldu. Komandanı oyuna hazırlamaq üçün cəmi iki günüm var idi. Futbolçular hirsli idilər, stress də mane olurdu. Fasilədə uşaqları sakitləşdirdim, özlərinə inanmalarını tələb etdim. Qoldan sonra isə komandamız özünə gəldi". (СВС)
