9 mart 2016 19:45
Könül Mehtiyeva elit-raunda təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Macarıstanda keçiriləcək 6-cı qrupunun oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, o, aprelin 5-dən 10-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Macarıstan, Norveç, İsveçrə və Rusiya yığmaları mübarizə aparacaq. (AFFA)
