9 mart 2016 19:30
İnter Qarabağa, Qəbələ Neftçiyə rəqib oldu
Azərbaycan kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkə kubokunun finalına vəsiqə uğrunda mübarizə aparmaq hüququna yiyələnən komandalar "İnter", "Qarabağ", "Qəbələ" və "Neftçi" olub.
Qeyd edək ki, yarımfinalda "İnter" "Qarabağ"la, "Qəbələ" isə "Neftçi" ilə üz-üzə gələcək. İlk oyunlar aprelin 27-də, cavab görüşləri isə mayın 4-də baş tutacaq.
