9 mart 2016 18:45
"Gözlədiyimizdən zəif futbol sərgilədik"
"Sumqayıt"ın məşqçisi Vəfadar Quliyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçını (1:4, ilk oyun - 0:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Gözlədiyimizdən zəif futbol sərgilədik. Samir müəllim (Abbasov) əvvəlcədən də uşaqlara bildirmişdi ki, 0:2 hesablı məğlubiyyətdən sonra itiriləsi bir şey qalmayıb. Təəssüf ki, istəyimizə çata bilmədik".
