9 mart 2016 16:40
Zaur Svanadze: Komandanın çıxışından razı qaldım
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun – 1:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sumqayıt"la oyundan sonra uşaqlarda yorğunluq var idi. Amma mən yenə də komandanın çıxışından razı qaldım. Üç qol vurduq, yolumuza davam edirik. Matçın əvvəlində bir qədər əsəbilik var idi. Çünki ilk oyunda uduzmuşduq. Lakin vaxt keçdikcə toparlandıq və istəyimizə çatdıq. Nizami Hacıyevin durumu ilə bağlı hələ dəqiq bir söz deyə bilmərəm. Bu barədə sabah daha dəqiq məlumatımız olacaq". (CBC)
