9 mart 2016 15:40
Qəbələ fanatları Hüseynovu yad etdilər
"Qəbələ"nin fanatları Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirilən cavab matçında komandanın sabiq kapitanı Cavid Hüseynovu yad ediblər. Azerisport.az xəbər verir ki, matçın əvvəlində yerli azarkeşlər havaya rəngarəng şarlar buraxmaqla Cavidin ad gününü qeyd ediblər.
Qeyd edək ki, Hüseynov jurnalist Rasim Əliyevin qətlində şübhəlilərdən biri kimi həbs olunub.
