9 mart 2016 15:20
Pərdis Fərcad-Azad: Möcüzə baş versə, yarımfinala çıxa bilərik
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 0:2) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz ilk oyunda uduzmuşduq. Səfərdə ən azı bir qol vursaydıq, cavab matçında işimiz daha asan olardı. Ev oyununda uğurlu çıxış etməyi çox istəyirik. "Qarabağ"ı qol buraxmadan məğlub etməyin çox çətin olduğunu başa düşürük. Amma belə bir möcüzə baş versə, yarımfinala çıxa bilərik".
