9 mart 2016 15:00

Kərim Diniyev: Hər oyun başla qol vurmağa çalışıram

“Oyundan əvvəl motivasiyamız yüksək idi. Matça ciddi yanaşırdıq. Çünki “Rəvan”ın yaxşı komanda olduğunu bilirdik”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Kərim Diniyev deyib.

Futbolçu klub saytına Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində Bakı səfərində “Rəvan” üzərində qazanılan (1:3) qələbədən danışıb: “Rəqib son oyunlarda yaxşı təsir bağışlayır. Kubokda “İnter”i məğlub etmişdilər. Sonunculara isə biz cari mövsümdə qalib gələ bilməmişik. Ona görə “Rəvan”ı ciddi rəqib kimi dəyərləndirmişdik. Qısa müddət ərzində iki qol vurmağımız bizim işimizə yaradı, oyunun taleyini öz xeyrimizə həll edə bildik. Hesaba baxmayaraq, asan oyun olmadı. Üç xal qazandığmıza görə şadıq”.

“Rəvan”la oyunda qazanılan qələbə Diniyev üçün ikiqat sevincli olub. Dayaq yarımmüdafiəçisi Bakı təmsilçisinə qarşı matçda fərqlənməklə həm qələbəyə töhvə verib, həm də Gəncə klubunda qol hesabını açıb: “Bu, Premyer Liqada vurduğum üçüncü qol oldu. Çox istəyirdim ki, “Kəpəz”in heyətində fərqlənim, istəyimə çatdım. Arzum “Rəvan” ilə görüşdə həyata keçdi. Qələbədə az da olsa, pay sahibi oldum. Ümumiyyətlə, hər oyun başla qol vurmağa çalışıram. Hündürboylu olduğumdan standart vəziyyətlərdən daha yaxşı istifadə etməyə səy göstərirəm. “Rəvan”a qarşı matçda birinci epizodda topa istədiyim kimi toxuna bilməsəm də, ikinci cəhddə topu qapıya göndərə bildim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.