9 mart 2016 13:40
Millimiz Hollandiya ilə matçlara 17 futbolçu ilə hazırlaşır
Dünya çempionatının pley-off mərhələsinin oyunlarına hazırlıq məqsədilə martın 7-dən etibarən Bakı şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az martın 17-də yekunlaşacaq toplanışa dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırır:
Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sesar, Fineo de Araujo, Samir Həmzəyev, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Zeynal Zeynalov, Xətai Bağırov, Rafael Durval. (AFFA)
