9 mart 2016 13:00
Zaur Svanadze: Yarımfinala çıxacağımıza ümid edirəm
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 1:2) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yarımfinala çıxacağımıza ümid edirəm. Bunun üçün mümkün hər şeydən istifadə edəcəyik. "Rəvan"dan ilk oyundakı məğlubiyyətin revanşını almaq istəyirik. Düzdür, bu, heç də asan olmayacaq. Necə olacağını oyun göstərəcək".
