9 mart 2016 12:40
Zirənin forvardı Hondurasla matça dəvət olundu
"Zirə"nin hücumçusu Nelson Bonilya Salvador yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, artıq Salvador Futbol Federasiyasından bununla bağlı paytaxt klubuna və futbolçuya rəsmi məktub da ünvanlanıb.
Qeyd edək ki, Salvador yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 25 və 29-da Hondurasla qarşılaşacaq.
