9 mart 2016 12:20
Samir Abasov: Sumqayıt yarımfinala çıxmaq üçün var gücünü sərf edəcək
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 0:2) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunda uduzmağımıza baxmayaraq, cavab görüşünə ciddi hazırlaşmışıq. Şans azdır, amma var. Bu rəqibi keçəcəyimizə real baxırıq. Qələbə qazanmaq üçün meydanda var gücümüzü qoyacağıq. Yarımfinalda oynamaq istəyirik. Heyətdə itki yoxdur. Yeganə itki mənim cəzalı vəziyyətə düşdüyüm üçün texniki zonada yer ala bilməyəcəyimlə bağlıdır".
