9 mart 2016 19:20

Azərbaycan kubokunda yarımfinalçılar bəlli oldu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar yarımfinala çıxan dörd ən güclünü müəyyənləşdiriblər.

Öncə iki paytaxt klubu - "Rəvan" və "İnter" üz-üzə gəlib. "Bankirlər" səfərdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxaraq, yarımfinala yüksələn ilk kollektiv olublar.

Doğma meydanda məğlubiyyətlə üzləşən debütant "Zirə” səfərdə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələlilər doğma meydanda daha böyük hesabla qalib gələrək, növbəti yarımfinalçıya çevriliblər.

Premyer Liqanın hazırkı lideri, son iki mövsümün çempionu “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olub. Ağdam klubu rəqibini darmadağın edərək, sensasiyaya imkan verməyib.

Sonda isə Azərbaycan çempionatında prinsipial rəqiblər kimi qəbul olunan "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşıb. Paytaxt təmsilçisi ikinci hissədə vurduğu iki qol sayəsində əzəli rəqibini mübarizədən kənarlaşdırmağa və növbəti mərhələyə çıxmağa nail olub.

Azərbaycan kuboku
1/4 final
(cavab oyunları)
9 mart

"İnter" - "Rəvan" - 3:0 (ilk oyun - 1:2)
Qollar: N.Kvekveskiri, 31 (1:0). S.M.Kolli, 65 (2:0). V.Nadirov, 85 (3:0).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.

“Rəvan”: 1. Rəşad Əzizli, 14. Elvin Əliyev, 16. Orxan Lalayev, 3. Saşa Yunisoğlu, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 21. Novruz Məmmədov, 9. Nuran Qurbanov, 86. Yasin Hamed.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqlı, 4. Kənan Müslümov, 13. Cəmşid Məhərrəmov, 99. Əziz Hüseynov, 11. Elnur Abdulov, 39. Əlibəy Məmmədli, 5. Mirkamil Haşımlı.
Baş məşqçi: Bəhmən Həsənov.
“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 4. Laşa Kasradze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.

“Sumqayıt” - “Qarabağ” - 1:4 (0:2)
Qollar: M.Muarem, 6 (0:1). S.Armenteros, 10 (0:2). M.Muarem, 50 (0:3). S.Armenteros, 58 (0:4). X.Nəcəfov, 63 (1:4).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 5. Cəmil Hacıyev, 8. Nicat Muxtarov, 10. Uğur Pamuk, 22. Tofiq Mikayılov, 29. Amil Yunanov, 70. Vaqif Cavadov.
Məşqçi: Seymur Rəhimov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 22. Əfran İsmayılov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

“Qəbələ” - “Zirə” - 5:1 (2:1)
Qollar: A.Qay, 5 (1:0). A.Qay, 12 (2:0). R.Sadiqov, 17 (3:0). N.Novruzov, 36 (3:1). R.Eyyubov, 65 (4:1). E.Zets, 79 (5:1).
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 10. Dodo, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Zirə”: 85. Kamal Bayramov (k), 2. Çimezi Mbah, 39. Sadiq Quliyev, 77. Ruslan Poladov, 5. Adil Nağıyev, 6.Vüqar Mustafayev, 8. Tərzin Cahangirov, 17. Nicat Qurbanov, 90. Vüsal İsgəndərli, 32. Tato, 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 27. Rəşad Abdullayev, 14. Tellur Mütəllimov, 28. Təmkin Xəlilzadə, 96. Elgün Nəbiyev, 7. Dieqo Souza, 9. Nelson Bonilya.
Baş məşqçi: Adil Şükürov.

“Neftçi” - “Xəzər Lənkəran” - 2:0 (2:3)
Qollar: R.Qurbanov, 60-pen. (1:0). A.Abdullayev, 64 (2:0).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 18. Elşən Rzazadə, 26. Kamal Qurbanov.
Baş məşqçi: Vəli Qasımov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 99. Mahsum Qənbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.