9 mart 2016 01:05
Neftçidə Elşən Abdullayev şoku
"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçiriləcək cavab matçını (ilk oyun - 2:3) buraxa bilər. Azerisport.az xəbər verir ki, o, komandanın son məşqlərinin birində zədələnərək sıradan çıxıb.
Onun bu gün baş tutacaq prinsipial qarşılaşmada iştirakı sual altındadır. Məşqçilər korpusu bu oyunçu ilə bağlı yekun qərarı matç ərəfəsində verəcəklər.
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı "Bakcell Arena"da baş tutacaq və saat 17:30-da start götürəcək.
