9 mart 2016 00:25
Vəli Qasımov: Futbolçuların gücünə əminəm
"Neftçi"nin baş məşqçi funksiyasını müvəqqəti yerinə yetirən Vəli Qasımov "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsindəki cavab matçı (ilk oyun - 2:3) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi ağır oyun gözləyir. "Neftçi" və "Xəzər Lənkəran" prinsipial rəqiblərdir. Komandaların hansı durumda olmasından asılı olmayaraq, həmişə bir-birinə qarşı mübarizə aparırlar. Cavab matçında qələbə həm bizə, həm də rəqibə çox lazımdır. Futbolçularımızın gücünə əminəm. Meydana qələbə üçün çıxacağıq. Kubokun yarımfinalına vəsiqə qazanmaq istəyirik".
