9 mart 2016 00:05
"Xəzər Lənkəranın mənə 14 min manat borcu var"
"Xəzər Lənkəran"ın sabiq hücumçusu, hazırda "Turan Tovuz"un şərəfini qoruyan Kazım Kazımlı cənub klubunun ona olan borcunun məbləğini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Turan"a keçəndən bəri "Xəzər Lənkəran"dan mənimlə heç kim əlaqə saxlamayıb. Bu klubun mənə 14 000 manat borcu var. Kimə şikayət edim? Düzünü deyim ki, mənə olan borclarını ödəsəydilər, "Xəzər Lənkəran"a qayıdardım".
Kazımlı yaxın dostu Elnur Cəfərovun İspaniyanın "Real Ovyedo" klubuna mümkün keçidi barədə də danışıb: "Mən ona görə çox sevinirəm. Allah özü ona kömək olsun. Cəfərovun "Real Ovyedo" klubuna keçəcəyini eşidəndə çox sevindim. Çox ümid edirəm ki, onun İspaniya klubunda işləri yaxşı alınacaq".
