8 mart 2016 14:00
Roman Qriqorçuk: Zirəni keçib, yarımfinala çıxmaq istəyirik
"Qəbələ"nin baş məçqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 2:1) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubok matçları həmişə maraqlı və gərgin keçir. İlk oyunun nəticəsindən asılı olmayaraq, bizi maraqlı qarşıdurma gözləyir. Ciddi futbola, mübarizəyə köklənmişik. "Zirə"ni mübarizədən kənarlaşdırıb, yarımfinala çıxmaq istəyirik. Heyətdə itki yoxdur. Hazırda əsas hədəfimiz çoxlu oyun buraxan futbolçularımızın optimal formasını bərpa etməsidir".
