8 mart 2016 13:00
Abasov: Cəzalanacağımı bilirdim
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan (0:2) sonra hakimləri təhqir etdiyinə görə beş oyunluq cəza almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu barədə heç danışmaq da istəmirəm. Beş oyun cəza veriblər, qoy versinlər. Artıq heç nəyi dəyişmək olmaz. Cəzalanacağımı bilirdim. Məndən soruşdular, mən də bir kişi kimi düzünü dedim ki, bəli. Amma mən hakimin qərarlarından o qədər əsəbləşmişdim ki, nə demişəmsə də, emosiyalara qapılaraq söyləmişəm. Heç kimə, nə dediyimi də xatırlamıram. Axı rəqib qapısına penaltini necə verməmək olardı"?
