8 mart 2016 11:20

Ermin Zets: Qəbələ artıq qara zolaqdan çıxıb

"Qəbələ"nin hücumçusu Ermin Zets Topaz Premyer Liqasının 24-cü turunun "Neftçi" ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ" son turda ilk yarıda məğlub duruma düşdüyü "Neftçi" ilə oyunda əzmkar qələbə qazandı. Bu oyunla bağlı fikirləriniz...
- Biz oyuna pis başladıq. Düzdür, birinci hissədə də qol epizodlarımız oldu, amma fərqlənə bilmədik. Fasilədən sonra isə hücumlarımızın kəsərini daha da artırdıq. Fikrimcə, layiqli qələbə qazandıq. Çünki sonadək mübarizə apardıq.

- "Qəbələ" son beş oyunda 13 xal toplayıb. "Qara zolaq"dan çıxdığınızı demək olar?
- Mən də "qara zolaq"dan çıxdığımızı düşünürəm. Bunun davamını gətirmək istəyirik. Hər oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq.

- Sabah sizi "Zirə" ilə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu gözləyir. İlk oyunda səfərdən 2:1 hesablı qələbə ilə qayıtdığınızı nəzərə alsaq, cütün taleyini həll etdiyinizi demək olar?
- Hələ hər şeyin həll olunduğunu düşünmürəm. Cavab oyunu da var. Düzdür, yarımfinala çıxmaq şansımız çoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- "Zirə"ni keçəcəyiniz halda, yarımfinalda "Neftçi" - "Xəzər Lənkəran" cütünün qalibi ilə qarşılaşacaqsınız. Onlardan hansı ilə üz-üzə gəlmək istəyərdiniz?
- Hələ bu barədə düşünmürük. Yarımfinala çıxaq, sonra kiminlə oynayacağımıza baxarıq.

- Qış fasiləsindən sonra siz hücumun sivri ucunda daha çox yer almağa başlamısınız. Artıq komandanın əsas hücumçusunun Aleksey Antonov yox, siz olduğunuzu demək olar?
- Hər şeyə Roman Qriqorçuk qərar verir. Mən bircə onu bilirəm ki, hazırda əsas heyətdə oynayıram.

- "Qəbələ"nin çempionluq şansları barədə nə düşünürsünüz?
- Hər şey mümkündür. Qarşıda xeyli oyun var. Bütün oyunlarda qələbə qazanamaq istəyirik ki, çempionluq şanslarımızı artıraq.

- Mövsümün sonunda "Qəbələ"də qalmaq istəyirsiniz, ya karyeranızı xaricdə davam etdirmək fikriniz var?
- Burada hər şey yaxşıdır. Ona görə də digər klublar barədə düşünmürəm. "Qəbələ" üçün əlimdən gələni edirəm. Çempionat bitəndən sonra necə olacağına baxarıq.

- Türkiyənin "Balıkəsirspor" klubundan borcunuzu aldınız?
- Hələ yox, gözləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.