8 mart 2016 00:20
Maksim Medvedev: Erkən qol Zirəyə çox təsir etdi
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə" üzərində qazandıqları 2:0 hesablı qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" öz meydanında oynayırdı, heyətdə heç bir itki yox idi. Amma rəqib komandanın heyətlə bağlı problemləri var idi. Ola bilsin ki, "Zirə" süni ot örtüyündə oynamağa alışmamışdı. Buna görə də problem yaşaya bilərlər. Bütün bunlara baxmayaraq, qonaqlar yaxşı hücumlar təşkil edirdilər. Biz isə bütün bunlara hazır idik. Fikrimcə, məşqçilərimiz "Zirə"nin oyununu yaxşı analiz etmişdilər, bizə lazım olan məlumatları çatdırmışdılar. Fikrimcə, erkən qol rəqibə çox təsir etdi".
