7 mart 2016 19:40
Neftçi Böyük oyun üç itki ilə çıxacaq
"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la cavab oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komandanın baş məşqçisi funksiyasını müvəqqəti yerinə yetirən Vəli Qasımov futbolçuları ilk məşqə çıxarıb.
Bu gün isə ikinci məşq prosesi baş tutub. Paytaxt klubunun heyətində itkilər var. Belə ki, Məqsəd İsayev, Məhəmməd Qurbanov və Kamran Nəcəfzadə zədə səbəbindən "Böyük oyun"da komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, "Neftçi" səfərdə baş tutan ilk oyunda "Xəzər Lənkəran"a 2:3 hesabıyla məğlub olub.
