7 mart 2016 19:20
Bu gün Ruslan Abdullayevin doğum günüdür
Bu gün “Neftçi”nin keçmiş futbolçusu və baş məşqçisi Ruslan Abdullayevin doğum günüdür. Azerisport.az xəbər verir ki, 1944-cü ildə dünyaya gəlmiş keçmiş hücumçu 1963-1965, 1967, 1969-1972-ci illər ərzində “Neftçi”nin heyətində 89 oyun keçirib, 14 qol vurub.
O, 1984-1986, 1989-1990, 1997-1998-ci illərdə “Neftçi”nin baş məşqçisi və məşqçisi vəzifələrində çalışıb. Ruslan Abdullayevin əziz xatirəsi “Neftçi” azarkeşlərinin ürəyində daim yaşayacaq. (klub saytı)
