7 mart 2016 17:45

İqor Mitreski: Neftçini bu halda görmək çox üzücüdür

"Neftçi"nin və Makedoniya yığmasının sabiq müdafiəçisi İqor Mitreskinin azerisport.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğul olursunuz?
- Daha çox istirahət edirəm (gülür). Bir müddət Makedoniyanın "Şkendiya" klubunda idman direktoru kimi çalışdım. Amma müəyyən səbəblərdən oranı tərk etməli oldum. Makedoniya Futbol Federasiyasından təklif almışam. Oraya da ya əsas millinin, ya da gənclərdən ibarət yığmamızın idman direktoru kimi çalışmağa çağırırlar. Hazırda təkliflər üzərində düşünürəm. Tələsmək istəmirəm.

- "Neftçi"nin çıxışını izləyirsiniz?
- Həmişə və mütəmadi izləyirəm. İnternet buna imkan verir.

- İndiki "Neftçi" barədə nə deyə bilərsiniz?
- Ona baxmaq çox üzücüdür. Hər şey çox pisdir. Belə bir klubu bu cür vəziyyətdə görmək üzücüdür. Komanda dağılıb. Çoxlu dəyişiklik olub. Bu, artıq mən oynadığım komanda deyil.

- Sizcə, problem nədədir?
- İlk növbədə legionerlərin səviyyəsinin pis olması. Komandada bu formanı daşımağa layiq legioner futbolçu yoxdur. İndi bildiyimə görə, bu kluba böyük bir yazıçı başçılıq edir (Çingiz Abdullayevi nəzərdə tutur - red). Fikrimcə, təşkilatçılıq da axsayır. Məşqçiləri tez-tez dəyişirlər. Bu, komandaya heç bir müsbət təsirini göstərə bilməz. Komandada Sadıq Sadıqovun "dəmir əli" çatışmır. O, sərt və tələbkar prezident idi. Əbəs yerə onun "Neftçi"si bir neçə il zirvədə deyildi. Komandanın Böyükağa Hacıyev, Arif Əsədov kimi yaxşı məşqçiləri var idi. İndi komandada çoxlu gənc futbolçunun olması sevindiricidir. Amma onların yanında çıxış etməyə təcrübəli futbolçular da lazımdır. Təəssüf ki, belə bir komandanı bu hala salıblar. Xalq komandası belə olmamalıdır. Nəyisə dəyişmək lazımdır. Vəli Qasımova da yeni postunda uğurlar arzulayıram.

- Sadıq Sadıqov "Neftçi"yə çətin ki, qayıtsın. Çünki o, hazırda futbolu cüdoya dəyişib...
- Təəssüf. O, ən böyük uğurlara imza atan ilk klub prezidenti idi.

- "Neftçi"nin yeni baş məşqçisinin əcnəbi olması istisna edilmir...
- Bunda bir məna görmürəm. Azərbaycan Qurban Qurbanov kimi məşqçi yetişdirmiş ölkədir. Niyə "Neftçi"yə də yerli məşqçi rəhbərlik etməməlidir? Yerli mütəxəssis dəvət etmək və ona yetərincə zaman verilməlidir. Çünki "Qarabağ" indiki səviyyəyə birdən-birə çatmayıb. Əcnəbi baş məşqçi gələcək, transferlər üçün çoxlu vəsait tələb edəcək. Komandanı dəyişəcək. Yəqin ki, Gedenin dövründə baş verənləri xatırlayırsınız. Heç kim onların təkrarlanmasını istəməz. Komandada Cavid İmamverdiyev, Araz Abdullayev, Ruslan Qurbanov kimi futbolçular var. Onlara kollektivdə səliqə-səhman, intizam yarada biləcək məşqçi lazımdır. Seleksiya işini da yaxşı həyata keçirmək lazımdır.

- Bəs siz "Neftçi"ni çalışdırmaq istəyərdiniz?
- Mən peşəkaram. Belə bir imkan olsa, niyə də olmasın? Şəxsən mənim üçün komandanı bu halda görmək çox üzücüdür. Çox maraqlıdır ki, vaxtilə şərəfini qoruduğum iki xalq komandası - "Neftçi" və Moskva "Spartak"ı heç də yaxşı günlərini yaşamır. "Neftçi" niyə turnir cədvəlində "Zirə" və "Kəpəz"dən geridədir? Bunu aradan qaldırmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.