Əvəzedicilərin də cəzaları bəlli oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil oluan ölkə birinciliyinin 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Neftçi” - “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Sumqayıt” - “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter”in futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
"Rəvan” - “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
