7 mart 2016 17:00
Neftçinin braziliyalı futbolçusu iki oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Xəzər Lənkəran” - AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
"Neftçi” - “Qəbələ” matçının 80-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
