7 mart 2016 16:45
AFFA-dan Samir Abasova 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Rəvan” - “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Xəzər Lənkəran” - “Neftçi” matçının 1-ci hissəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
"Qarabağ” - “Sumqayıt” matçı başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov meydana daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə, 5 oyun cəzalanıb, klubu 5000 manat cərimə olunub.
