7 mart 2016 16:30
Rəşad Sadıqov UEFA məşqçi kursuna qatıldı
Martın 7-dən etibarən Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Aslan Kərimov və Osman Rəhimovun rəhbrəliyi ilə keçirilən məşğələlərə martın 10-da yekun vurulacaq.
Kursun 2-ci mərhələsi 14-17 mart, 3-cü mərhələsi 28-31 mart, dördüncü - yekun hissəsi isə 4-9 aprel tarixlərində keçiriləcək. (AFFA)
Qeyd edək ki, kursa qatılanlar arasında Azərbaycan yığmasının və "Qarabağ"ın lideri Rəşad Sadıqov da var.









