7 mart 2016 16:15
Samir Əliyev yenə Neftçiyə baş məşqçi təyin olundu
“Neftçi”nin əsas və əvəzedici komandalarının məşqçi heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bunadək əvəzedici komandanın baş məşqçisi vəzifəsini icra etmiş Tofiq Mustafayev əsas komandada köməkçi məşqçi vəzifəsinə təyin olunub.
Əvəzedici komandanın baş məşqçi vəzifəsi isə Samir Əliyevə tapşırılıb. Səttar Əliyev də həmçinin əvəzedici komandada köməkçi məşqçi işini yerinə yetirəcək. (klub saytı)
