7 mart 2016 15:45
Neftçi ilə danışıq aparan mütəxəssis Qalatasarayı çalışdıracaq
Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli İstanbul nəhəngi ilə yollarını ayırdıqdan sonra klub rəhbərliyi hollandiyalı Yan-Olde Rikerinklə razılığa gəlib.
Qeyd edək ki, Rikerink ötən ilin sonunda "Neftçi"nin sükanı arxasına keçməyə yaxın idi. O vaxt paytaxt klubunun rəhbərliyi İstanbulda hətta bu mütəxəssislə görüşüb, ilk razılıq da əldə etmişdi. Amma sonda "ağ-qaralar" maddi durumu nəzərə alaraq, Əsgər Abdullayevi baş məşqçi postuna gətirməyə qərar vermişdilər.
