7 mart 2016 13:00
Samir Məsimov Sloveniya çempionatındakı debütündən danışdı
Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniya çempionatının son turu çərçivəsində "Domjale"nin heyətində "Qornitsa"ya qarşı keçirdiyi debüt matçından danışıb. Yarımmüdafiəçi azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Meydana ikinci hissədə çıxdım. Bu, mənim "Domjale"də rəsmi oyunlardakı debüt matçım idi. Bcardığım qədər komandama kömək etməyə çalışdım. Bütövlükdə, biz yaxşı futbol sərgilədik. Öz meydanımızda heç-heçədən daha artığına ümid edirdik. Oyun da qələbə qazanmağa yaxın olduğumuzu göstərirdi. Təəssüf ki, bunu bacarmadıq".
