7 mart 2016 12:20
İspaniya klubu Cəfərova görə Xəzər Lənkərana rəsmi müraciət etdi
İspaniyanın "Real Ovyedo" klubu "Xəzər Lənkəran"a rəsmi müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, onlar Azərbaycan yığmasının da üzvü olan Elnur Cəfərovu öz sıralarına qatmaq istədiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" qışda transferə çıxardığı 18 yaşlı oyunçunu almaq istəyən klubun 30 min ABŞ dolları ödəməli olduğunu açıqlamışdı. İspaniya klubu həmin məbləği ödəməyə hazırdır. Sadəcə, "Real Ovyedo" bunu hissə-hissə vermək istəyir. Cənub klubunun ispanların bu təklifinə necə cavab verəcəyi hələ ki, bilinmir.
Tərəflər yaxın günlərdə yekun bir qərara gəlməlidirlər. "Real Ovyedo" mövsümün sonunu gözləmədən, Cəfərovu indidən sıralarına qatmaq istəyir.
