7 mart 2016 11:40
Kaxaber Sxadadze Neftçini niyə çalışdıra bilməz?
"İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin "Neftçi"nin sükanı arxasına keçəcəyinə dair xəbərlər yayılmağa başlayıb. Azerisport.az xəbər verir ki, gürcü məşqçi hər vasitədən istifadə etməklə gündəmdə qalmağa və "Neftçi" rəhbərliyinin onun da namizədliyini qeydə almasına çalışır.
Amma paytaxt klubundan aldığımız məlumata görə, "Neftçi" Sxadadzenin namizədliyini heç yaxına da buraxmır. Bunun əsas səbəbi isə onun daha çox qalmaqallı məşqçi kimi ad çıxarmasıdır. Hansı ki, bu səbəbdən o, həm həmkarları, həm də jurnalistlər tərəfindən sevilmirdi.
Qeyd edək ki, "Neftçi" Əsgər Abdullayevin istefasını qəbul edəndən sonra baş məşqçi funksiyasını müvəqqəti olaraq, klubun idman direktoru Vəli Qasımova tapşırıb.
