7 mart 2016 11:20
XL Neftçi ilə oyun öncəsi Bakıda məşq etməyə bilər
"Xəzər Lənkəran" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı "Neftçi" ilə cavab matçının hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Elbrus Məmmədovun çalışdırdığı komanda sabah Bakıya gələcək.
Amma cənubluların matçın keçiriləcəyi "Bakcell Arena"da oyun öncəsi son məşqə çıxması gözlənilmir. Xatırladaq ki, "ağ-yaşıllar" doğma meydanda keçirilən ilk oyunda bu rəqibinə 3:2 hesabıyla qalib gəlmişdi. Cavab matçı martın 9-da baş tutacaq.
Sonda onu da qeyd edək ki, "Xəzər Lənkəran" Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyunda müdafiəçi Nodar Məmmədovun xidmətindən yararlana bilməyəcək. Buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır.
