7 mart 2016 11:00

Rəşad Eyyubov: Taktiki cəhətdən daha hazırlıqlı idik

Topaz Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə qarşılaşan “Qəbələ” səfər oyununda 2:1 hesablı əzmkar qələbə qazandı. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”a 3 xal qazandıran həlledici qolu meydana sonradan daxil olan Rəşad Eyubov vurdu.

Bu matçda hücumçu kimi çıxış edən yarımmüdafiəçi qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:

“Çətin oyun oldu. İki fərqli hissə oldu. Birinci hissədə rəqib hücumları ilə bizi təzyiq altında saxladı. Fasilədən sonra oyunu bərabərləşdirib, lazım olan qolları vurduq. Qalib gəldik, nəticədən razıyıq. Düşünürəm ki, 3 xalı xarakter hesabına qazandıq. Matça taktiki cəhətdən daha hazırlıqlı idik. Bu da özünü göstərdi. Əvəzetmə zamanı baş məşqçi məndən hücumda oynaya biləcəyimi soruşdu. Mənim üçün ön xətdə yer almağım gözlənilməz deyildi. Əsas olan oynayıb, komandama kömək etməyimdir. Mənim üçün hansı mövqedə yer almağım yox, meydana çıxıb, uğurlar qazanmaqda pay sahibi olmağım vacibdir. Qol epizoduna gəlincə, lazım olan anda, lazım olan yerdə qərarlaşdığımdan fərqlənə bildim. Kubokda əsas məqsəd yarımfinala adlamaqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Səfərdəki ilk qarşılaşmada qalib gəlsək də, cavab oyununda da heç-heçəyə oynamayacağıq. Görüşə qələbə qazanmaq üçün çıxacağıq”.

Xatırladaq ki, “Neftçi” ilə oyunda rəqib qapısına yol tapan hər iki futbolçu “qırmızı-qaralar”ın heyətində ilk dəfə fərqlənib. Buna 76-cı oyununda nail olan Rafael Santos klub tarixinə qol vuran 102-ci, Eyubov isə 103-cü futbolçu kimi düşüb. Rəşad qol hesabını 7-ci matçda açıb. Bu iki oyunçu Premyer Liqada qol sevinci yaşayan “Qəbələ”lilərin sayını 79-a çatdırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.