7 mart 2016 09:30
Dalğa Arena üçün təbii ot örtüyü
AFFA Mərdəkandakı "Dalğa Arena"da təbii ot örtüyünün quraşdırılması işlərinə başlayıb. Azerisport.az xəbər verir ki, işlərə ötən gündən start verilib.
Qeyd edək ki, bu dəyişikliyə səbəb UEFA U-17 Avropa Çempionatının Bakıda keçirilməsidir. Qitə birinciliyinin bəzi oyunları "Dalğa Arena"da keçiriləcək. (AFFA)
