7 mart 2016 09:00
Samir Məsimov Sloveniya çempionatında debüt etdi
Sloveniya çempionatında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Qoritsa" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Məsimov bu görüşdə Sloveniya çempionatında debüt matçına çıxıb. Belə ki, "Domjale"nin baş məşqçisi ilk dəfə 18-liyə daxil etdiyi futbolçumuzu görüşün 68-ci dəqiqəsində meydana buraxıb. Lakin Məsimov meydanda olduğu dəqiqələrdə komandasının qələbə qazanması yolunda ciddi nə iləsə yadda qalmayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 39 xalla üçüncü pillədə qərarlaşıb.
