6 mart 2016 19:30
Şahin Diniyev: Son matçlarda qələbə qazanmağımız komandada təzyiq yaradırdı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Son oyunlarda qələbə qazana bilmirdik. Bu da psixoloji cəhətdən komandaya təzyiq yaradırdı. "Rəvan"la oyuna isə yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Uşaqlar sağ olsunlar ki, verilən tapşırıqları yerinə yetirdilər və qalib gəldilər. İkinci hissədə oyun ritmimizi itirdik. Amma bu, əvəzetmələrlə bağlı idi. Məsələn, Juninyonu zədəsi ilə əlaqədar vaxtından əvvəl əvəzlədik".
