6 mart 2016 19:00
Bəhmən Həsənov: İnterlə oyunda tam fərqli Rəvan görəcəksiniz
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Kubokun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəyimiz cavab matçı öncəsi bəzi futbolçularımıza istirahət vermişdim. Bəzi futbolçularımız da özünü göstərmək üçün şans əldə etmişdilər. Ehtiyat oyunçular skamyamız elə də geniş deyil. Komanda oyunu göstərə bilmədik. Kubok oyununda tam fərqli "Rəvan" görəcəksiniz".
