6 mart 2016 14:30
Rəşad Eyyubov: Vurduğum qol komandamızın əziyyətinin bəhrəsi idi
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Ağır oyun oldu. Bu, ardıcıl ikinci oyundur ki, ehtiyatdan oyuna daxil oluram. Roman Qriqorçuk soruşdu ki, "hücumda oynaya bilərsən"? Mən də "bacararam" dedim. Elə alındı ki, top mənə gəldi və qol vurdum. Amma bu qol bütün komandanın əziyyətinin bəhrəsi idi".
