6 mart 2016 12:30

Aqil Məmmədov: Orada qayda pozuntusu yox idisə, futboldan getməyə hazıram

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə 1:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Matçla bağlı fikirləriniz?
- Mənim baş hakim Ömər Paşayevə sözüm yoxdur. Bu işi bacarmırsansa, get özünə başqa sənət tap. Daha nə deyim?

- Siz hansı epizoddan narazı qalmısınız ki?
- Birinci hissədə məni bir neçə dəfə vurdular. Məni üç dəfə vuran futbolçuya hakim sarı vərəqə göstərməməlidir?

- Dodonu nəzərdə tutursunuz?
- Məni vuran futbolçu qayda pozuntusu olduğunu özü dedi. Hətta əlavə etdi ki, mən nə edə bilərəm? Bəli, Dodo özü bunu dedi. O, mənim əlimə zərbə endirmişdi. Mən səhv etsəydim, etiraf edərdim. Bəs qapıçı zonası nə üçündür? Paşayev ki bunu yaxşı bilir. Amma "sağ olsun", heç bir hakim hansısa oyunda belə dönüş yarada bilməzdi, o etdi. Ona minnətdaram. Başqa heç nə. Yəni "Neftçi"ni "sındırmaq" bu qədər asandır?

- İkinci hissədə laynsmana yaxınlaşıb nə dediniz?
- Baş hakim görmürsə, köməkçisi görməlidir. Qaydaları bilmirlərsə, meydanda nə işləri var? Yan xətt hakimləri baş hakimə kömək etmək üçündür. Bunu bacarmırlarsa, bura niyə gəlmişdilər? Qoy məndən incisinlər. Amma mən həqiqəti deyirəm. Bacarmırsansa, bu işdən əl çəkməlisən.

- Birinci hissədə üstünlük sizdə idi. İkinci hissədəki zəif çıxışınızın səbəbi təkcə hakimlərin sizi sıxmasından qaynaqlanırdı?
- Təkcə bu matçın ikinci hissəsində yox, ümumiyyətlə üçüncü dövrə başlayandan hakimlər rəqiblərimizin qapısına penalti təyin etmirlər, qırmızı vərəqə göstərmirlər. Amma bizim ya futbolçumuzu meydandan qovurlar, ya da oyunumuzu "sındırırlar". Bu matçda da Paşayev açıq-aşkar "Qəbələ"yə "işlədi".

- Sizcə, "Neftçi"nin ardıcıl dördüncü məğlubiyyətlə üzləşməsi ancaq hakimlərin günahı ucbatındandır? Futbolçuların səhvləri yoxdur?
- Əlbəttə, biz də səhvlərə yol veririk. Demirəm ki, bizim səhvimiz yoxdur. Amma bizim oyunumuzu bu qədər "sındırmaq" lazım deyil. Çünki bütün bunlar Azərbaycan çempionatının səviyyəsini aşağı salır.

- Əsgər Abdullayevin istefası barədə nə düşünürsünüz?
- O, bizimlə sağollaşmağa gəlmişdi. Mənə pis təsir etdi.

- Sizcə, bu, nəyi dəyişəcək?
- Bu, klub rəhbərliyinin qərarıdır. Əsgər Abdullayevə uğurlar arzulayıram. Onun heç bir günahı yoxdur. Biz üçüncü dövrəyə yaxşı hazırlaşmışdıq. Sadəcə, bizə qarşı təzyiqlər çoxdur. Düzdür, "Qəbələ" bu gün layiqli qələbə qazandı. Amma onlar olmasaydı da, Ömər Paşayev bizi uduzduracaqdı. Qoy gəlsinlər, faktlarla danışaq. Əgər ilk qolda qayda pozuntusu yox idisə, əlcəklərimi bir kənara atıb, futboldan gedərəm.

- "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçına hansı əhval-ruhiyyədə çıxacaqsınız?
- Bizim bu oyuna ümidimiz var. Əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.