6 mart 2016 11:20
Neftçi Əsgər Abdullayevə əvəzedici tapdı
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qəbələ” (1:2) matçından sonra təşkil olunmuş mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçinin istefası klub rəhbərliyi tərəfindən qəbul olunub.
“Neftçi”nin əsas heyətinin baş məşqçisi vəzifəsi müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə edilib. (klub saytı)
