6 mart 2016 00:55
Emil Balayevsiz Ayntraxt yenə xal itirdi
Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "İnqolştadt" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 24 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.
