6 mart 2016 00:50
Ruslan Abışov: Qəbələ hər iki cəbhədə uğur qazanmaq istəyir
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi" üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Zirə" üzərindəki kubok qələbəsindən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirdik. "Neftçi" bu oyunda çox fəal idi. Xüsusilə də birinci hissədə. Xoşbəxtlikdən biz qələbə qazana bildik. Artıq "Zirə" ilə kubokun cavab oyununa köklənməliyik. Biz hər iki cəbhədə uğur qazanmaq istəyirik". (CBC)
