6 mart 2016 00:45
Muarem Muarem: Qarabağ ilk qoldan sonra oyuna nəzarəti ələ aldı
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk qoldan sonra oyuna nəzarəti ələ ala bildik. Son dövrlər gərgin qrafiklə oynadığımıza görə, yorğunluq riski var idi. Amma biz yaxşı oynadıq. Ümid edirəm ki, mən də əvvəlki formamı bərpa edə və komandaya yardımçı ola biləcəyəm". (CBC)
