6 mart 2016 00:40

Ansi Aqolli: Qarabağ Zirə üzərində qələbəyə layiq idi

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Zirə" üzərindəki qələbə barədə nə deyərdiniz?
- Bu komanda mövsümün əvvəlindəki nəticələri ilə məni təəccübləndirirdi. Amma indi artıq təəccüblənmirəm. "Zirə"nin çox yaxşı kollektivə malik olması faktdır. Biz bu dəfə onlara qarşı yaxşı oynadıq və qələbə qazandıq. Bu qələbəyə layiq idik. Çünki 3 xal qazanmağımız vacib idi.

- Yəqin ki, çempionluq yolunda əsas rəqibinizin debütant olacağını ağlınıza da gətirmirdiniz...
- Haqlısınız, doğrudan da belə bir şeyi təsəvvür etmək çətin idi. Amma görürük ki, bu komandanın heyətində meydana çıxan hər bir futbolçu öz işini yaxşı görür. Ona görə də "Zirə" belə güclü rəqibə çevrilib və çempionluğa əsas namizədlərdəndir.

- Qələbə "Qarabağ"ın xal fərqini yeddi xala çıxarmasna kömək etdi. Bu, sizin çempionluq yolunda üstünlüyünüzü möhkəmləndirdiyinizdən xəbər vermir?
- Xal fərqinin necə olmasından asılı olmayaraq, biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Qarşıda hələ çox oyun var. Həmin görüşlərdə də xallar toplamalıyıq.

- Azərbaycanda artıq altı ildir çıxış edirsiniz. Bu müddət ərzində nə qazanmısınız?
- Bunları bir-bir saymağa başlasam, səhərə qədər vaxt aparar. Burada çox şey əldə etmişəm.

- Yayda siz Azərbaycanı Albaniya yığmasının heyətində Avropa çempionatında təmsil edən yeganə futbolçu olacaqsınız...
- Bu, son altı ilin ən yaxşı hadisəsidir. Həm klubuma, həm də özümə görə qürur duyuram. "Qarabağ"ı AÇ-2016-nın final mərhələsində qürurla təmsil edəcəyəm. Qeyd etdiyiniz kimi, altı ildir bu klubdayam və "Qarabağ" mənim üçün çox doğmalaşıb.

- Azərbaycan və Albaniya klub futbolu baxımından eyni səviyyədədir. Maraqlıdır, sizcə niyə bizim yığmamız da sizinki kimi ciddi uğur qazana bilmir?
- Çünki Albaniya yığmasının əksər üzvləri xaricdə anadan olublar, futbolun sirlərini orada öyrəniblər. Məsələn, futbolçularımızdan İsveçdə, İsveçrədə, Almaniyada, Avropanın digər ölkələrində anadan olanlar var. Onlar futbolu da məhz həmin ölkələrdə öyrəniblər, səviyyələrini artırıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.