6 mart 2016 00:35
İsrafilov 90 dəqiqə oynadı, komandası qalib gəldi
Futbol üzrə İspaniyanın ikinci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə Bilbao "Atletik"inin ikinci komandası ilə qarşılaşıb. Matç "Kordoba"nın qələbəsi ilə başa çatıb - 2:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Hansı ki, bu, onun qış fasiləsi zamanı keçdiyi yeni komandasında çıxdığı beşinci oyunda üçüncü sarı vərəqədir.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 46 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.
