5 mart 2016 23:15
Adil Şükürov: Belə səhvlər buraxacağımızı gözləmirdim
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun olacağını gözləyirdik. Səhvlərə yol verdik. Hansı ki, belə səhvlər buraxacağımızı heç gözləmirdim. Nəticədə də iki qol buraxdıq. Gələcəkdə bu səhvləri təkrarlamamağa çalışacağıq". (CBC)
