5 mart 2016 14:40

Juninyo: Ümid edirəm ki, meydana çıxa biləcəyəm

“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldo məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, bununla belə, braziliyalı futbolçunun müalicəsi hələ də davam edir.

Junior zədəsi ilə bağlı klub saytına açıqlama verib: “Ötən həftə məşqdən sonra ayağımda ağrı hiss etdim. Müayinədən keçdim, diaqnoz qoyuldu və bundan sonra müalicə başlandı. Artıq hazırlıq prosesində iştirak edə bilirəm. Tibb personalı məni hazır vəziyyətə gətirmək üçün əlindən gələni edir. Zədəli olmaq futbolçu üçün arzuolunan hal deyil. Amma bəzən zədədən qaçmaq olmur”.
 
Juninyo məşqlərə başlasa da, onun çempionatın 24-cü turunda “Rəvan” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı müəyyənləşməyib. Hər şey həkimlərin verəcəyi qərardan asılı olacaq: “Oynamağı çox istəyirəm və ümid edirəm ki, meydana çıxa biləcəyəm. Özümü 90 faiz hazır sayıram. Qarşıdakı matç “Kəpəz” üçün çox vacibdir. Ona görə meydana çıxmağı çox arzulayıram”.

Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən “Sumqayıt” ilə ötən turun oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Futbolçunun adı protokola salınsa da, ayağında ağrılar hiss etdiyindən meydana çıxa bilməmişdi: “Düşünmürəm ki, oynamamağm komandamızın çıxışına mənfi təsir edir. Məni əvəz edən oyunçular var. “Sumqayıt” ilə Gəncədəki görüşdə çıxış etməsəm də, komanda yoldaşlarım yaxşı oynadılar. Sadəcə, qol vura bilmədilər. Rəqibdən üstün mübarizə aparmağımıza baxmayaraq, ələ düşən fürsətləri dəyərləndirmək mümkün olmadı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.