5 mart 2016 14:20

Çimezi Mbah: Qarabağla matça qələbə üçün çıxacağıq

"Zirə"nin müdafiəçisi Çimezi Mbah Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ"yə qarşı keçirdiyiniz uğursuz kubok matçından (1:2) sonra sizi indi də "Qarabağ"la çempionat oyunu gözləyir...
- "Qarabağ" kimi rəqiblərlə oyunlara xüsusi hazırlaşmaq lazımdır. Fikrimcə, biz sayıqlığı itirməmişik və qarşıdakı oyunda qələbə üçün mübarizə aparacağıq.

- Reynaldonun yoxluğunda "Qarabağ"ın hansı futbolçusundan ehtiyatlanırsınız?
- Düşünmürəm ki, Reynaldonun olmaması bizim üçün hansısa üstünlükdür. Çünki bu komandanın başqa futbolçuları da var.

- "Qəbələ" ilə görüşdəki məğlubiyyətinizə nə səbəb oldu?
- Sadəcə, futbolda qələbələr də olur, məğlubiyyətlər də. Fikrimcə, biz matçdan matça daha da inkişaf edirik. Səhvlərimiz üzərində də çalışırıq. Bu məğlubiyyət hələ yarımfinala çıxmaq şansımızı əldən verməyimiz anlamına gəlmir. Çünki qarşıda cavab oyunu da var. Ümidimizi itirməmişik. Komandamıza, uşaqlara, məşqçilərə güvənirəm.

- Amma istənilən halda ev oyununda iki qol buraxdınız ki, bu da "Qəbələ"nin mərhələ keçmək şansının daha çox olduğundan xəbər verir...
- Əlbəttə, evdə uduzmaqla öz işimizi xeyli çətinə saldıq. Amma ola bilsin ki, biz səfərdə ev oyunu ilə müqayisədə öz şanslarımızdan daha yaxşı yararlanaq və qələbə qazanaq. Bu bizim kubokda yolumuzu davam etdirməyimizə kömək edəcək.

- Bu mövsüm "Qəbələ" ilə çempionat oyunlarında 4 xal qazanmısınız. Kubok görüşü həmin oyunlardan nə dərəcədə fərqli oldu?
- Biz həmişə komanda oyunu sərgiləməyə çalışırıq. Amma bəzən yorğunluq hər oyuna xüsusi köklənməyə imkan vermir. Bir daha təkrar edirəm ki, biz hələ yarımfinala çıxmaq şansımızı itirməmişik və mübarizəni sonadək davam etdirəcəyik.

- Son dövrlər "Zirə"nin İngiltərənin "Lester Siti" klubu ilə müqayisə edənlər çoxalıb. "Lester" İngiltərə Premyer Liqasının qalibi olmağa yaxındır. Bəs "Zirə"nin çempionluq şansı nə dərəcədə yüksəkdir?
- Futbolda hər şey ola bilər. Ola bilər ki, biz də Azərbaycan çempionu adını qazanaq. Bizim çempion olmağımızda təəccüblü heç nə yoxdur. Çünki heyətimizdə bacarıqlı, istedadlı futbolçular var. Fikrimcə, bu mövsüm qızıl medalları qazanmaq bizim üçün çətin olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.