5 mart 2016 14:00

Ceyhun Cavadov: Başqa yolumuz yoxdur

“Son oyunlarda çox xallar itirmişik, ona görə mütləq qələbə qazanmalıyıq. Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, qarşıdakı matçı üç xalla başa vurmaq məcburiyyətindəyik, başqa yolumuz yoxdur”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib.

Topaz Premyer Liqasının 24-cü turunda qarşılaşacaqları “Rəvan” ilə oyun haqda danışarkən gənc yarımmüdafiəçi klub saytına daha sonra bunları bildirib: “Hazırlığımız yüksək səviyyədə keçib, həftə boyunca məşq etmişik. Oyuna kimi tam hazır olacağıq. Komandada əhval-ruhiyyə yerindədir. Meydana qələbə üçün çıxacağıq”.
 
Mövsümün əvvəlində “Rəvan”dan icarəyə götürülən Ceyhun Cavadov cari çempionatda müqavilə ilə məxsus olduğu kluba qarşı bir görüşdə oynayıb. O, ilk dövrədə Bakıda “Kəpəz”in 0:2 hesablı qələbəsi ilə nəticələnən oyunun iştirakçısı olub. Cavadov yenə baş məşqçidən şans gözləyir: “Şahin Diniyevə minnətdaram, mənə oynamağa, özümü göstəməyə imkan yaradır. Son turda “Sumqayıt”a qarşı matçda start heyətində meydana çıxdım. “Rəvan” ilə görüşdə də oynamaq istəyirəm, baş məşqçimiz məni hazır saysa, nə bacarıramsa, meydanda qoyacağam. Rəqib də güclü komandadır. Onların turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Son oyunları yaxşı oynayırlar, rahatlaşmaq olmaz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.